image-qanunla-reklam
image-fb_img_1624610686334

“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərlə bağlı iki qanun layihəsinə baxılacaq-Elnur Allahverdiyev

image-lady-day-az

“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərlə bağlı iki qanun layihəsinə baxılacaq.

Millət vəkilinin sözlərinə görə,dəyişikliklər dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Birinci qanun layihəsi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanına uyğun olaraq hazırlanıb. Həmin fərmanla ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə kompleks tədbirlər nəzərdə tutulub. “Dövlət rüsumu haqqında” qanuna təklif olunan bəzi dəyişikliklər fərmanda göstərilən məsələlərdən irəli gəlir.
“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsinə dair ikinci qanun layihəsi “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunun icrası ilə bağlıdır. 2020-ci il 18 dekabr tarixli qanuna təklif olunan dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır.
Komitə sədri Tahir Mirkişilinin rəhbərliyi ilə keçirilən iclasda “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi barədə hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki