image-qanunla-reklam
image-president_resmi_qebul_28-pl2

Dövlətin qayğısı zərər çəkmiş bütün mülkü əhalini əhatə edəcəkdir

image-lady-day-az

Dövlətin qayğısı zərər çəkmiş bütün mülkü əhalini əhatə edəcəkdir

Ermənistan silahlı qüvvələrinin 44 günlük vətən müharibəsi dövründə şanlı Azərbaycan ordusu tərəfindən darmadağın edilməsi hər birimizə sevinc və qürur hissi yaşadır. Artıq müharibə geridə qalsa da, onun törətdiyi acı nəticələrin aradan qaldırılması taleyüklü məsələ kimi dövlətimizin və xalqımızın qarşısında prioritet bir vəzifə kimi durur. Məhz buna görə də, dövlət başçımız cənab İlham Əliyev 4 yanvar 2021-ci il tarixdə Qarabağ Dirçəliş Fondu yaradılması haqqında Fərman imzalamışdır. Otuz ilə yaxın bir dövr ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətlərimiz talan edilmiş, kənd və şəhərlərimiz vandalcasına dağıdılmışdır. Təcavüz nəticəsində mülkü əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə ciddi ziyan dəymişdir. Təkcə Qarabağ bölgəsində deyil, ötən ilin sentyabr ayının 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri müharibə qaydalarına zidd olaraq, məkirli şəkildə döyüş bölgəsindən xeyli uzaq məsafədə yerləşən şəhər və kəndlərimizə də ağır artilleriyadan mərmilər yağdırmışdır. Nəticədə dinc əhali arasında təlafat və yaralananlar olmuş, evlər və binalar dağılmışdır. Erməni təcavüzkarları bir məsələni unudurlar ki, onlar nə qədər vəhşilik etsələr də, xislətlərinə xas olaraq vurub-dağıtsalar da, Azərbaycan xalqı daim dövlət rəhbərinin, dövlət rəhbəri isə daim xalqın yanındadır və bu birliyin əzmkarlığın qarşısında heç kim, heç nə tab gətirə bilməz!
Dövlətimiz qüdrətli bir dövlətdir. Ölkəmiz sosial-iqtisadi gücə malikdir və Azərbaycan Respubilkasının Prezidenti, cənab İlham Əliyevin siyasi iradəsi Ulu Öndərin parlaq dühası işığında ölkəmizi daim qələbəyə və tərəqqiyə doğru aparır. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində mülkü əhaliyə dəymiş ziyanın ödənilməsi dövlətimizin diqqət mərkəzindədir. Bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədi ilə Azərbaycan höküməti tərəfindən Dövlət Komissiyası yaradılmışdır və bu Komissiya hal-hazırda sistemli tədbirlər həyata keçirir. Zərərçəkmiş mülkü əhalinin ən zəruri sosial ehtiyaclarını qarşılayır, onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması üçün dövlət maliyyə yardımları göstərir və göstərəcəkdir. Ölkəmizin iqtisadi potensialı, dövlətimizin diqqət və qayğısı deməyə əsas verir ki, yaxın vaxtlarda mülkü əhaliyə dəymiş zərər, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyan tam ödəniləcəkdir. Artıq bu işə start verilmişdir. Bir sözlə, hər zaman olduğu kimi Dövlətmizin göstərdiyi qayğı zərər çəkmiş bütün mülkü əhalimizi əhatə edəcəkdir.

Səidə Mehdiyeva
Saatlı Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki