Yaxın Şərqdə döyüşlər dərhal dayandırılmalıdır.
Qanunla.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında deyib.
“İsrailə qarşı hər hansı bir hücumu pisləyirik. İsrailə hücum terrorun təzahürüdür və bu, oktyabrın 7-də baş vermişdi. Amma təbii ki, cavab da ona uyğun olmalıdır. Bilirsiniz, indi biz Fələstin xalqının çəkdiyi iztirabı minimuma, sıfra endirməyə çalışmalıyıq. Məhz buna görə də müharibə dərhal dayandırılmalıdır. Həm İsrail, həm də Fələstinin bu məsələdə razılığa gəlməsi üçün hər şey edilməlidir”, – Putin qeyd edib.