image-qanunla-reklam
image-dsmf-2

DSMF-dən dələduzluq edən səhifələrlə bağlı xəbərdarlıq

image-lady-day-az

İnstaqramda “unvanli_sosial_yardim”, “sosial_yardim_qeydiyyat”, “unvanli_sos_yardim” kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir.

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Qanunla.Az-a verilən məlumata görə, bu elanlar kiminsə (və ya kimlərinsə) aztəminatlı ailələrin üzvlərini onların inamından və məlumatsızlığından sui-istifadə edərək aldatmaqla, dələduzluq yolu ilə qazanc əldə etməsi məqsədinə yönəlib.

Ünvanlı dövlət sosial yardımı ilə bağlı qeydiyyatdan keçmək üçün hər hansı bir ödəniş tələb olunmur. İstənilən şəxs ünvanlı dövlət sosial yardımı, bu yardımın kimlərə şamil olunduğu, ünvanlı dövlət sosial yardımı üçün müraciət etmək qaydası barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az saytından “Ünvanlı dövlət sosial yardımı” bölməsindən öyrənə bilər. Eyni zamanda həmin bölmədəki müvafiq altbölmə üzərindən ünvanlı sosial yardımla bağlı müraciət edə bilər.

Ona görə də vətəndaşlara sosial şəbəkələrdə ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində guya köməklik ediləcəyi kimi aldadıcı elanlarla rastlaşdıqları halda diqqətli olmağı və aldanmamağı tövsiyə edirik.

Elan sahiblərinə isə bu səhifələrin ləğv edilməsi barədə xəbərdarlıq edilib. Səhifələr silinməzsə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki