image-qanunla-reklam
image-1638256609_ferhad-mollzadee

DTX-nin həbs etdiyi XİN-in vəzifəli şəxslərindən XƏBƏR VAR

image-lady-day-az

Ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat nəticəsinə həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxsləri – XİN-in İşlər idarəsinin sabiq müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin sabiq müdiri Səlim Əlizadənin məhkəməsinin məlum olub.

Qanunla.Az-ın əldə etdiyi məlumata görə, onların məhkəmə prosesi dekabr ayının 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdiriləcək. Cinayət işi hakim Əfqan Hacıyevin icraatındadır.

Qeyd edək ki, sözügedən şəxslər ötən ilin iyul ayında həbs ediliblər. Onlara Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (xüsusilə külli miqdarda mənimsəmə) ittiham elan edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki