image-qanunla-reklam
image-mahir-quliyev-dtx_637239331423364538

DTX tərəfindən həbs edilən sabiq icra başçısının vəziyyəti necədir?

image-lady-day-az
“Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyev ECMO cihazındadır, vəziyyəti ağırdır”. 

Bunu açıqlamasında onun vəkili deyib.

O bildirib ki, M.Quliyevin səhhəti ağır stabil olaraq qalır:

“Hələ ki, bir dəyişiklik yoxdur. Həkimlər müalicəsinin davam etdiyini deyirlər”.

Vəkilin sözlərinə görə, M.Quliyevin məhkəmə prosesinin vaxtı səhhətindən asılı olaraq təyin ediləcək.

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki