image-qanunla-reklam
image-1627828896-polis_kovid_pasport_yoxlama

Dünən 80 nəfər toylara buraxılmayıb

image-lady-day-az

Avqustun 13-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 131 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Qanunla.Az-a verilən məlumata görə, monitorinq 129 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
– 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;
– 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
– 80 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki