Dünya Azərbaycanlıların həmrəyliyinin təcəssümü.
Hər il dekabr ayının son gününün Dünya Azərbaynanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif olkələrinə səpələnmiş soyydaşlarımızın tarixi Vətənlə -müstəqil Azərbaycanla əlaqənin möhkəmlənməsinə ,həmçinin onlarının bir-biri ilə sıx ünsiyyət qurmalarına,milli-mənəvi dəyərlərimizin ,ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir.Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və Ddünya azərbaycanlıların özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir.
Dünya Azərbaynanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması təsadüfü deyildir. Ötən əsrib 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli oyanış hərakatının geniş vüsət almasına gətirib çıxartdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağ ermənilərinin açıq separatçılıq hərakatı,bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan 100 minlərlə azərbaycanlının öz yurd -yuvasından qovulması ilə nəticələnməsi “Meydan hərəkatı” nın əsasını qoydu. Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısına almaq təşəbbüsünü öz üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başladı. Həmin günlər göstərdi ki, xalqımız müstəqil olmağa, azad yaşamağa layiqdir. Belə bir vaxtda azərbaycanlıların vətən naminə həmrəyliyinə, birliyinə ehtiyac yarandı.
Beləliklə, bütün bu baş verən hadisələrin fonunda 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu. Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir. Bütün bu nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyevin formalaşdırdığı siyasi kurs dayanır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ümummilli liderimizin müdrik siyasi kursunu layiqincə davam etdirərək, Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına çıxması naminə qeyri-adi fədəkarlıq nümunələri göstərir. Bu gün hər bir azərbaycanlı ölkəmizin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir. Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq!
Zərdab rayon Mərkəzi Kitabxanasının Multimedia mütəxəssisi- Xanım Abıışova
Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünya ölkələrində yüksək səviyyədə qeyd edilməsində ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının da rolu əvəzsizdir. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Təbii ki, Azərbaycan diasporunun formalaşması, xaricdə yaşayan azərbaycanlıların həmrəylik nümayiş etdirməsində ümummilli lider Heydər Əliyevin əməyi, rolu əvəzsizdir. Mübaliğəsiz demək olar ki, Azərbaycan diasporunun bu günkü mərhələyə gəlib çatmasında ümummilli liderin atmış olduğu tarixi addım mühüm əhəmiyyət kəsb edir. Belə ki, Heydər Əliyevin imzaladığı sərəncam əsasında 2001-ci ilin, noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu sahədə dönüş oldu. Qurultayda ümummilli liderin şəxsən iştirak etməsi Onun azərbaycanlıların birlik və bərabərliyinə, həmrəyliyinə nə dərəcədə ciddi diqqət yetirdiyini ortaya qoyurdu.
Bu gün tam əminliklə deyə bilərik ki, dünyada yaşayan azərbaycanlılar həmrəydirlər. Çünki bu işin bünövrəsi sağlam təməllər üzərində qurulub. Ən başlıcası Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət günümüzdə də uğurla davam etdirilir. Bunun bariz nümunəsi Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin bilavasitə iştirakı ilə Dünya Azərbaycanlılarının 2, 3 və 4-cü qurultaylarının yüksək səviyyədə keçirilməsidir. Məhz bu kimi qurultaylar, toplantılar dünyada yaşayan azərbaycanlıların daha da həmrəy olmasını şərtləndirir, bunu reallığa çevririr. Bu gün artıq əminliklə deyə bilərik ki, keçən illər ərzində biz buna nail olmuşuq.
Azərbaycan dövlətinin güclənməsi soydaşlarımızın xaricdəki diaspor təşkilatlarının fəaliyyətinə də müsbət təsir edir. Odur ki, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız Azərbaycanın müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha da möhkəmləndirməsindən, eyni zamanda həyata keçirilən diaspor siyasətindən məmnunluq duyurlar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli sərkərdəliyi, güclü iradəsi, yenilməz qətiyyəti, şanlı ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, xalqımızın öz rəhbəri ətrafında yumruq kimi birləşməsi nəticəsində möhtəşəm qələbəyə nail olundu. 30 illik Vətən, yurd həsrətinə, nisgilinə son qoyan bu tarixi zəfərin sevincini, fərəhini xalqımız bu gün də yaşamaqdadır. Qürur hissi keçiririk ki, bu böyük qələbənin qazanılmasına həmyerlilərimiz də özlərinin layiqli töhfələrini vermişlər.
Əsas məsələlərdən biri də odur ki, bu müharibədə cəmiyyət Prezident İlham Əliyevin ətrafında sıx səfərbər oldu. Bu, həm milli həmrəyliyimizin, həm də xalqımızın öz rəhbərinə olan yüksək ehtiram və inamının təcəssümü idi. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı 44 günlük müharibədə milli həmrəylik nümayiş etdirdi.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev