ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin aprel müqaviləsinin dəyəri 1,16% və ya 0,95 dollar artaraq 1 barelə görə 83.16 dollar təşkil edib.
“Qanunla.az” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,23% və ya 0,93 dollar artaraq 76.32 dollara bərabər olub.