image-970_50
image-60ba791d-ae9f-3c09-a558-300110818cc8_850

Dünya çempionatı: Azərbaycan güləşçisi medalsız qalıb

image-728_90

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Qanunla.az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı gürcüstanlı Zurabi Yakobişvili ilə üz-üzə gəlib.

Qarşılaşmadan 3:4 hesabı ilə məğlub ayrılan Bayramov yarışı medalsız başa vurub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın iki sərbəst güləşçisi – Osman Nurməhəmmədov (92 kq) və Abubakr Abakarov (86 kq) bürünc medala yiyələnib.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki