Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
71 kq-da yarışan Sərxan Əliyevin rəqibi ukraynalı Yuri Zaxariyev olub.
Qarşılaşmadan 0:5 hesablı məğlubiyyətlə ayrılan Əliyev finala yüksələ bilməyib. O, bürünc medalla kifayətlənib.