Azərbaycan boksçusu Sərxan Əliyev Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünü keçirib.
71 kq çəki dərəcəsində mübarizə aparan gənc idmançının rəqibi yaponiyalı Yuta Akiyama olub.
Rəqibinə 5:0 hesabı ilə qalib gələn Sərxan Əliyev qardaşı Tayfur Əliyevdən fərqli olaraq, adını 1/4 finala yazdırıb.
Beləliklə, bu gün rinqə çıxan Azərbaycanın 4 boksçusundan 3-ü 1/8 final səddini adlamağı bacarıb.