image-qanunla-reklam
image-2645e40cd6e32c8436a6b6e6e3298d7c

Dünya erməniliyi “çat” verdi: 100 illik saxta ideologiyanın son çırpıntıları – Qriqoryanın etirafına sözardı

image-lady-day-az

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dedikləri heyrət doğurmaya bilməz. Bu sözlər təqribən iki il əvvəl dilə gətirilsəydi, ən yaxşı halda onun müəllifi Baqramyan prospektində daş-qalağa məruz qalardı, ən pis halda 1999-cu ilin terroruna “qonaq” edilərdi.

Demək, Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində rəsmi İrəvanın Türkiyəyə münasibətdə korrektələr etməsinin zəruriliyindən bəhs edib. Teleaparıcı Petros Kazaryan TŞ katibindən “Türkiyə artıq Ermənistan üçün düşmən dövlət deyil?”,- soruşub. A.Qriqoryanınsa cavabı belə olub: “Əgər biz regionda blokdan çıxarmaya (kommunikasiyalardan söhbət gedir-M.) gediriksə, o halda bizim yanaşmalarımızda müəyyən düzəlişlər olmalıdır və biz bu istiqamətdə işləyirik”. Bu, artıq reallığın dərki və qəbul olunmasıdır. Təsəvvür edin, söhbət bir əsrdən çoxdur uşağına “türk sənin düşmənindir”, deyib də böyüdən toplumun rəhbər statuslu şəxsindən, özü də Təhlükəsizlik Şurasının katibindən gedir!

Düzdür, TŞ katibi özünü sığortalamağı da unutmayıb. Çünki ölkəsindəki daşnakların revanş hissi ilə alışıb-yanmasından xəbərsiz deyil. Elə ona görə də ardınca iddia edib ki, “birmənalı şəkildə Türkiyədən heç bir təhdidin olmadığını qeyd etmək düzgün olmazdı”, ancaq dərhal da regiondakı ümumi proseslərin “əlavə imkanlar” yaratdığını söyləyib. A.Qriqoryan etiraf edib ki, müharibədən sonra bölgədə böyük dəyişikliklər baş verib və nəqliyyat kommunikasiyalarının açılması prosesi intensiv mərhələyə qədəm qoyub. Ermənistan onu da rəsmisi qeyd edib ki, blokdan çıxarma təkcə Azərbaycanla məhdudlaşmamalıdır, daha geniş regional yanaşmaya zərurət var. “Düşünürük ki, bunun üçün imkanlar var”, Qriqoryan bir daha qeyd edib. Onun sözlərinə görə, hazırda Türkiyə ilə birbaşa dialoq yoxdur, ancaq iki ölkənin nümayəndələrinin açıq bəyanatları bunu deməyə əsas verir ki, regionda açılma imkanları mövcuddur.

Armen Qriqoryan etiraf etdi: Müharibəni dayandırmaq haqda ilk dəfə… | No Comment

Armen Qriqoryan

Erməni mətbuatı Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin olmadığını, iki ölkə arasında sərhədlərin 1993-cü ildən, Ankaranın təşəbbüsü ilə bağlandığını da xatırladıb. Ancaq sərhəd qapılarının məhz Kəlbəcərin Ermənistan tərəfindən işğal edilməsindən sonra qapadıldığı qeyd olunmayıb. Bununla belə dolayısı ilə etiraf olunub ki, İrəvan-Ankara münasibətlərindəki gərginliyəin əsas səbəbi Azərbaycan ərazilərinin işğal edilməsi və Türkiyəyə qarşı beynəlxalq səviyyədə qondarma “soyqırım” iddiasının davamıdır.

Diqqət edəndə görürük ki, Qriqoryanın Türkiyə ilə bağlı dedikləri heç də geniş rezonans doğurmayıb. Bundan əvvəl baş nazir Nikol Paşinyan da bənzər fikirlər söyləmişdi və təpki görməmişdi. Paşinyan bir neçə gün əvvəl demişdi ki, Ermənistanla Azərbaycan arasında əlaqələrin açılması bölgədəki düşmən münasibətlərə son qoymağa kömək edəcək. “Əgər kimsə bunun yalnız Azərbaycana və ya yalnız Ermənistana faydalı olduğunu desə, inanmayın. Kommunikasiyaların açılması həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır”, – Nikol Paşinyan əhali ilə görüşdə söyləmişdi və buna görə kimsə onun sözünü belə kəsməmişdi.

****

Turan” Agentliyinin redaktoru Şahin Hacıyev artıq Ermənistandadır - Modern.Az Azərbaycan və dünya xəbərləri

Şahin Hacıyev

Bir xatırlatma edək: 2019-cu ilin əvvəlində Turan Agentliyinin redaktoru Şahin Hacıyev İrəvana səfərdən sonra erməni cəmiyyətinin mövqeyini belə ümumiləşdirmişdi ki, ermənilər bir nəfər kimi “Qarabağ bizimdir, heç kimə qaytarmayacağıq, mövqeyimiz qətidir”, deyirlər. O zaman Azərbaycanın 50 milyard neft gəlirlərinin olmasına, Ermənistanın isə 6 milyard xarici borcun işində itib-batmasına rəğmən, nə Ermənistan hakimiyyəti, nə də erməni xalqı güzəştli sülhü qəbul etmirdi, hətta “müstəqillk” əvəzində 7 rayonun qaytarılmasını belə, qəbul etmirdilər, üstəlik, Lələtəpə yüksəkliyini “geri” istəyirdilər.

Heç şübhəsiz ki, Ermənistan ictimai rəyini dəyişən Azərbaycanın müzəffər ordusu oldu! Təsadüfi deyil ki, “Gallup International” müstəqil araşdırma agentliyinin keçirdiyi sorğunun nəticəsinə görə, ermənilər özlərini “bədbəxtlər sırasında” görürlər.

ATƏT Dağlıq Qarabağla bağlı bəyanat yaydı - Razılıq əldə olunub

2018-ci ilin dekabrında Milanda ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən qəbul olunmuş birgə bəyanatda “əhalinin sülhə hazırlanması üçün konkret addımların atılması ilə bağlı çağırış əksini tapmışdı. Növbəti ilin əvvəlində Parisdə XİN rəhbərləri görüşdülər, anlaşma oldu, gediş-gəlişlə, xalqların sülhə hazırlanması ilə bağlı. Amma sonrakı aylarda Nikolun Şuşa oyunbazlığının şahidi olduq. Bu günsə Paşinyan xalqın qarşısında açıq mətnlə Azərbaycan və Türkiyə ilə kommuikasiyaların bərpasının zəruriliyindən danışdığı halda, reytinqinə müsbət xallar əlavə edir.

****

Növbəti xatırlatmanın yeri var: ABŞ-ın Milli Təhlükəsizlik Məsələləri üzrə Məsləhətçisi Con Bolton Cənubi Qafqaz turnesi çərçivəsində İrəvanda olarkən Ermənistanı beynəlxalq münasibətlərdə “tarixi şablon”lardan əl çəkməyə çağırmışdı. Burada söhbət təkcə İrəvan-Moskva münasibətlərindən getmirdi. Ağ Ev təmsilçisi dolayısı ilə nəhayət, Azərbaycan və Türkiyəyə qarşı mənasız iddialardan imtinanı xilas yolu kimi göstərmişdi. O zaman Bolton demişdi ki, parlament seçkilərindən sonra (2018-ci ilin dekabrında-E.P.) Paşinyandan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə təşəbbüskar addımlar gözləyir. ABŞ rəsmisi Qarabağ münaqişəsində razılaşmanın hər iki tərəf üçün vacibliyini qeyd edərək, “Bu baş verən kimi Ermənistan-Azərbaycan sərhədi açılacaq. Düşünürəm ki, Ermənistanın Türkiyə ilə sərhədini də eyni aqibət gözləyir”, demişdi. Ancaq o zaman “havalı” olan Nikol Paşinyan əvəzində “Con Bolton və ya başqası mənim adımdan danışa bilməz”, – deyərək, onun dediklərinə kəskin reaksiya vermişdi.

Ancaq bu günün mənzərəsi başqadır. Ermənistanın Baş naziri, Təhlükəsizlik Şurasının katibi vasitəçisiz-filansız öz xalqını “sülhə hazırlayır”. Eyfariyaya qapılmağın tərəfdarı deyiləm və ehtiyatlı olmaqda fayda var, fikrinə üstünlük verirəm. Amma görünən budur ki, Ermənistanda əksəriyyət dalandan çıxmağın zərurət olduğunu, əks halda məhv olacaqlarını anlayırlar. Aprelin əvvəlindən Rusiyaya təyyarə reysləri açılır və azı 200 min nəfər ölkədən qaçmaq üçün “start xəttində”dir.

44 günlük Vətən müharibəsində Azərbaycana dəstək olan və qarşı çıxan dövlətlər..

Ermənistanın sabiq xarici işlər naziri, 10 il ərzində Qarabağ danışıqlarını aparmış və radikallığına görə digər erməni rəsmilərdən fərqlənməyən Vardan Oskanyan da 180 dərəcə dəyişib. Sitat: “44 günlük müharibədən sonra dünya ictimaiyyətində Qarabağla bağlı yeni streotiplər formalaşıb. Bu streotipləri dağıtmaq çox çətin olacaq. Gələcəyə baxmaq zamanı gəlib çatıb”.

Normal düşünə bilən əksər ermənilər bu fikirdədir. Revanşistlərin lideri Vazgen Manukyan bir az donquldandı, o da artıq qınına çəkilib.

****

Türkiyə prinsiplərinə sadiqdir: Ermənistan Azərbaycanın ərazi bütövüyünü tanımalıdır! Azərbaycan da sözünü deyib. Prezident İlham Əliyev xatırladıb ki, Ermənistanın konstitusiyasında “Türkiyəyə qarşı ərazi iddiası var və onlar bundan əl çəkməlidirlər”.

İndi söz Ermənistanındır, üstəlik, zaman gözləmir. Təbii ki, ermənilərin mövqeyində ciddi dəyişikliklər var. Amma bütün bunlar əməldə də özünü göstərməlidir. Düzdür, radikal ermənilərin Baydendən qondarma “genosid” açıqlaması gözlədiyi bir vaxtda Ermənistan rəsmilərin Türkiyə ilə münasibətlərdə yeni səhifə açmaq cəhdi cəsarətli addımdır. Hər halda bu, dünya erməniçiliyindəki dərin çatdan xəbər verir. 100 illik saxta ideologiyanın sabun köpüyü kimi əriməsi göz önündədir. Ancaq görək Paşinyan hökumətinin bu cəsarətli addımının məntiqi davamı nə olacaq? Məsələn, Ermənistan Konstitusiyasından Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəa çıxarılacaqmı? Ermənistanın gerbindəki Ağrı dağının fotosu götürüləcəkmi? İrəvan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü rəsmən tanıyacaqmı, Bolton dediyi kimi, tarixi şablonlardan birdəfəlik imtina edəcəkmi?

Bakı və Ankara gözləyir. İrəvan üçün gerisayım başlayıb…

Bizimkilər - Elşad Paşasoy: “Bəlkə də mən yaxşı müəllim, ticarətçi, ya da əkinçi ola bilərdim” - MÜSAHİBƏ - Modern.Az Azərbaycan və dünya xəbərləri

Elşad Paşasoy Musavat.com 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki