image-qanunla-reklam
image-249643351_372890471298392_868186472532537335_n

Düşmənin 5 tankını ələ keçirən şəhid qəhrəman yad edilib

image-lady-day-az

Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Azad Arif oğlu Hümbətovun İkinci Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

Mərasimdə Nizami və Nərimanov rayon icra hakimiyyətlərinin nümayəndələri, Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

Şəhidin atası Arif Hümbətov deyib ki, şəhid oğlunun vətənpərvərliyi, cəsurluğu simasından oxunurdu: “Azad tank tağımı komandiri idi. O, həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirməyə nail olub. Dəfələrlə döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxarıb. Ancaq özü şəhid oldu. İndi ondan mənə qalan bir gülüşü oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Qeyd edək ki, Şəhid Azad Hümbətov 1996-cı il yanvarın 24-də Bakı şəhərində dünyaya gəlib. Müharibənin başladığı ilk günlərdən A.Hümbətov ön cəbhədə gedən döyüşlərdə iştirak edib. Füzuli, Qubadlı, Laçının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Döyüş zamanı A.Hümbətovun komandanlıq etdiyi tank minaya düşüb, ayağından yaralanıb. Lakin buna baxmayaraq, tankı idarə edən mexanikin daha ağır xəsarət aldığını görərək özündə güc toplayıb və yaralı döyüş yoldaşını 25 km belində daşıyaraq meşə ərazisinə gətirib.

İki gün yaralı halda döyüş yoldaşını daşıyaraq öz postlarına gətirib çıxara bilib. Bundan sonra Azadın vəziyyəti ağırlaşdığından müalicə olunması üçün Beyləqana göndəriblər. Lakin A.Hümbətov müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına qayıdıb. Ailəsi isə onun yaralı vəziyyətdə olmasından, müalicəsini yarımçıq qoyub yenidən döyüş meydanına qayıtmasından yalnız şəhid olandan sonra xəbər tutub.

A.Hümbətov 27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə həlak olub və İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Hümbətov Azad Arif oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, eləcə də “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

ADİL ƏLİYEV-yazır

Bugün deputat həmkarlarım Hikmət Babaoğlu, Rasim Musabəyov, Könül Nurullayeva və Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin, habelə Nərimanov ictimaiyyətinin nümayəndələri ilə birlikdə “Vətən Müharibəsi Qəhrəmanı” şəhid Hümbətov Azad Arif oğlunun anım tədbirində iştirak etdik.
30 il müddətində Ermənistanın işğalı altında olan tarixi Azərbaycan torpaqlarını düşməndən azad etmək məqsədilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Şanlı Ordumuz sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşünü qalibiyyətlə tamamladı. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə qəhrəmanlarımız silaha sarılaraq, 44 gün ərzində torpaqlarımızı düşməndən azad etdi. Ölkəmizin ərazi bütövlüyünü bərpa etməyi qarşısına əsas məqsəd qoyan şəhid Azad Hümbətov və onun silah yoldaşları, məhz bu yolda ən ali nemət olan canlarını fəda etdilər.
Şəhid Azad Hümbətov Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə ölkə başçısı tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şanlı tariximizin ən parlaq səhifəsi olan Vətən müharibəsində qazanılmış qələbəyə görə Azərbaycan xalqı hər zaman qəhrəmanlarımıza minnətdardır. Şəhidlərimizin müqəddəs ruhu hər birimiz üçün əzizdir.

image-4c417ab3-66ec-3a4f-80a6-65d55af05c15_850

image-248440971_372890421298397_6583930766499251009_n image-248534052_372890374631735_3724177776993450247_n image-249324011_372890584631714_6569920730039531156_n image-249394816_372890527965053_2784886262918073302_n image-249643351_372890471298392_868186472532537335_n

Səmil Şahlaroğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki