image-970_50
image-1618560011_527103

Ebru Gündeş Rza Zərrabla boşanır – Xəyanətə görə...

image-728_90

Türkiyəli müğənni Ebru Gündeş həyat yoldaşı Rza Zərrabdan boşanmaq üçün məhkəməyə müraciət edib.

Qanunla.Azın məlumatına görə, Gündeş həyat yoldaşının başqa qadınlarla əlaqəsi olduğunu dediyi iddia edilir.  O məhkəməyə müraciət edərkən “məxfilik” tələb edibmiş.

Qeyd edək ki, Ebru Gündeş 2010-cu ildə iş adamı Rza Zərrabla evlənib. Cütlüyün Alara adını qoyduqları qızı bir il sonra dünyaya gəlib.

Rza Zərrab 2016-cı il martın 21-də ABŞ-ın Mayami şəhərində həbs edilib. O, ABŞ prokuroru Preet Bhararanın apardığı istintaq çərçivəsində çirkli pulların yuyulması, bank dələduzluğu və İrana qarşı həyata keçirilən sanksiyaları pozmaqda ittiham olunurdu.

Həbs olunan Zərrab, bir il sonra “etirafçı” kimi sərbəst buraxılmışdı. Həmin vaxtdan etibarən R.Zərrabın həyat yoldaşı və qızı Türkiyədə olsa da o NyuYorkda yaşayır.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki