image-qanunla-reklam
image-endirme

“Ədalətin Ədaləti” Mingəçevir asayişinin YENİ KEŞİKÇİSİ

image-lady-day-az

Daxili İşlər naziri general – polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-nin polis polkovniki Ədalət Əliyevi Mingeçevir şəhəri polis şöbəsinə rəis təyin edib.

Polis polkovniki Ədalət Əliyev Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Hər zaman ona etibar edilən vəzifəni şərəflə yerinə yetirən şəxsiyyətin vətəninə və xalqına göstərdiyi xidmətləri saymaqla bitməz .

Bəzən təsadüflərdən zərurət doğar deyiblər. Ədalət sözünün mənasına nəzər salsaq , bərabərlik və insaflı mənasını daşıyır. Adı qədər özü olan Ədalət müəllim həmişə ictimaiyyətə qarşı insaflı , polis adını daim yüksəklərdə tutaraq peşəsini şərəflə ,ləyaqətlə , qürurla icra edib.

Təyin olunduğu hər yerdə böyük hörmət və ehtiramla qarşılanıb eyniylədə növbəti xidmətinə göndərilib.

Necə ki, Mingəçevir şəhərində onu qarşılayan DIN – nin Mingəçevir polis şöbəsinin əməkdaşları qarşıladığı kimi.
Məndə öz adımdan və saytımızın rəhbərliyi adından ilk öncə ölkə rəhbəri Ali Baş Komandan Cənab İlham Əliyevə , və Daxili İşlər naziri general -polkovnik Vilayət Eyvazova sonsuz təşəkkürümü bildirirəm .

Bu cür vətənimizin layiqli vətandaşlarına daim önəm verilib və layiqli yerlərdə xidmət etməyə şərait yaradılıb.
Vətənimiz əmin əllərdədir!
Mənim polisim məni qoruyur.

Çünki İlham Əliyev kimi Ali Baş Komandanımız , Vilayət Eyvazov kimi nazirimiz və adı qədər dürüst Ədalət Əliyev kimi vətənimizə xidmət edən oğullarımız var !

Dəyərli Ədalət müəllim sizə yeni təyin olunduğunuz işinizdə bol-bol uğurlar, həyatda ən önəmli olan möhkəm can sağlığı diləyirəm .

MİNGƏÇEVİRƏ XOŞ GƏLDİNİZ !

Arzu Paşaqızı

Rezonans.az-ın əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki