image-qanunla-reklam
image-5a7952608ab58_1515135559_eesmn4

ƏƏSMN-nin elektron xidmətləri 1 həftə işləməyəcək

image-lady-day-az

Martın 20-27-si aralığında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt-sistemlərinə giriş məhdudlaşdırılacaq.

“Qanunla.az” xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində məlumat yayılıb.

Bildirilir ki, ƏƏSMN-nin mövcud informasiya texnologiyaları infrastrukturunun 20-27 mart tarixlərində “AzInTelecom” MMC-nin “Hökumət buludu”na keçidi ilə əlaqədar Nazirliyin e-informasiya sistemlərində (altsistemlər, elektron xidmətlər, internet, lokal şəbəkə və s.) həmin tarixdə məhdudiyyət olacaq.

Keçid prosesi təmin olunduqdan sonra məhdudiyyət aradan qalxacaq.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki