image-qanunla-reklam
image-1629293388-taliban-zulmunden-kacmak-isteyen-afgan-kadinin-14338653_4800_m

Əfqan qadınları ölkədən qaçmaq üçün ABŞ əsgərlərinə yalvarır – VİDEO

image-lady-day-az

“Taliban” radikal qruplaşması avqustun 15-də hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstan vətəndaşları ölkəni tərk etmək üçün müxtəlif yollara əl atıb. 

Qanunla.Az xəbər verir ki, hava limanına axın edən minlərlə insan, öz vətəndaşlarını Kabildən çıxarmağa gələn xarici təyyarələrin təkərlərindən yapışaraq həyatlarını itirmək bahasına belə ölkədən qaçmağa çalışır.

Yayılan videolarda əfqan qadınların ABŞ əsgərlərinə yalvarışlarını əks etdirən görüntülər yayılıb. Həmin görüntülərin yayılmasından sonra “Taliban”ın əhali arasında nə qədər qorxu yaratdığı açıq-aşkar görünür.

Məlumata görə, son bir neçə gün ərzində başqa ölkələrə qaçmaq istəyən 7 əfqan vətəndaşı  təyyarədən yıxılaraq ölüb. 40 nəfərə qədər mülki şəxs aeroportda baş verən izdiham və qarşıdurmalar zamanı ölüb, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki