image-970_50
image-army_usa

Əfqanıstanda buna görə uduzduq – ABŞ baş inspektoru

image-728_90

ABŞ-ın Əfqanıstanda uğursuzluğunun əsas səbəbi təkəbbür və yalançılıqdır.

Qanunla.Az  xəbər verir ki, bunu ABŞ hökumətinin Əfqanıstanda rekonstruksiya məsələləri üzrə baş inspektoru Con Sopko deyib.

“Mən Əfqanıstandakı kampaniyanı xarakterizə etmək üçün iki sözə istinad edərdim. Bunun biri təkəbbürdür, ikincisi yalançılıq”, – deyə o bildirib.

Sopko ABŞ-ın Əfqanıstanı dəyişdirməklə bağlı öz imkanlarını şişirtdiyini söyləyib:

“Biz hər şeyi çox şişirtmişdik. Generallarımız, səfirlərimiz, məmurlarımız Konqres və xalq qarşısında guya bizim dönüş nöqtəsində olduğumuzu deyirdilər”.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki