Əfqanıstanın Loqar vilayətində leysan yağışların yaratdığı sel fəlakətində minlərlə ev yararsız hala düşüb, kənd təsərrüfatı sahələrinə ziyan dəyib.
Qanunla.az xəbər verir ki, Əfqanıstan Milli Fəlakət İdarəetmə İdarəsinin (ANDMA) sözçüsü Məhəmməd Nassim Haqqani verdiyi açıqlamada, Loqar əyalətində baş verən sel fəlakəti nəticəsində son 48 saatda 20 nəfər öldüyün, 35 nəfərin isə yaralandəğını açıqlayıb.
Taliban sözçüsü Zabihullah Mücahid sosial media hesabında etdiyi paylaşımda , “Beynəlxalq təşkilatları, xüsusilə İslam ölkələri və humanitar təşkilatları qurbanlara təcili yardım etməyə çağırırıq” deyib.
Qeyri-rəsmi məlumatlara görə, ölən və yaralananların sayının daha çox olduğu ehtimal edilir.