Respublikaçılar Partiyasından ABŞ prezidentliyə namizəd Donald Tramp seçkidə qalib gələcəyi təqdirdə cinsiyyətin dəyişdirilməsi ideyalarına qarşı mübarizə aparacağına söz verib.
Qanunla.Az xəbər verir ki, bu barədə o, “TV Respublika” telekanalına müsahibəsində deyib.
“Övladınız sizi tərk edəndə, oğlan olaraq evdən çıxıb, qız obrazında qayıdanda valideynlər bu barədə heç nə deməyəcək? Məhz belə manyaklara qarşı olacağam. Trampa səs versəniz, bütün bunlar yox olacaq. Normal həyata, lazım olana qayıdacağıq. Allahın istədiyinə qayıdacağıq. Sağlam düşüncəyə qayıdacağıq, təəssüf ki, indi bu yoxdur”, – deyə Tramp bildirib.