2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 16,0 milyard manat olmaqla 2022- ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 4,7 faiz artıb.
Bu barədə “Qanunla.az”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,4 faiz artaraq 15,4 milyard manata bərabər olub, onun 46,2 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 527,4 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 83,8 manat çox vəsait xərcləyib.