image-970_50
image-243497352_405539014264377_8014580679460576314_n

Ekspert: “Azərbaycanın qələbəsi Cənubi Qafqazda və dünyada güc nisbətini dəyişdi”

image-728_90

“Müharibədən sonrakı bir il ərzində Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, dövləti sevmək nə deməkdir. Qarabağdakı dağıntılar qısa müddət ərzində göz önündə yeni görkəm almağa başladı”.

Bu barədə beynəlxalq münaqişələr üzrə ekspert, Rusiya Jurnalistləri Birliyinin üzvü Yevgeni Mixaylov bildirib.

O deyib ki, Füzulidə yeni hava limanının və azad edilmiş ərazilərdə yolların tikintisi bəzi dövlətlər, hətta uzun müddət işğalçı olmuş dövlət üçün o qədər gözlənilməz oldu ki, bəzən öz gözlərinlə görməsən inanmazsan: “Bu bir il ərzində Azərbaycan ordusunu bir qədər da qüvvətləndirdi və özünün beynəlxalq aləmdə tanınmış sərhədlərini də möhkəmləndirməkdə davam edir”.

Rusiyalı ekspert həm düşmən üzərində qələbədə, həm də Qarabağda infrastrukturun bərpası səylərində Azərbaycan Prezidenti İlham Əliyevin oynadığı vacib rolu xüsusi vurğulayıb.

“İlham Əliyev xalqı birləşdirdi. Xalq inanılmaz dərəcədə vahid hala gəlmişdi. Onu da qeyd etməliyəm ki, Azərbaycan xalqı 30 il bu qələbəni gözləyirdi və buna hazırlaşırdı, buna görə də ölkə üçün bu qədər əhəmiyyətli bir dövrdə onu səfərbər etmək üçün əlavə stimula ehtiyac olmadı. Ölkə liderinin bircə çağırışı kifayət etdi ki, çoxmilyonlu xalq onun səsinə səs versin”, – ekspert diqqətə çatdırıb.

Y.Mixaylov hesab edir ki, Azərbaycanın qələbəsi təkcə Cənubi Qafqazda deyil, qismən də dünyada güc nisbətini dəyişmiş oldu: “Azərbaycan ordusunun müasir taktikalardan və silahlanma sistemlərindən istifadə etməklə nümayiş etdirdiyi hərbi əməliyyatların aparılması səviyyəsi bir çox böyük dövlətlər üçün gözlənilməz oldu. Artıq Cənubi Qafqazda rəsmi Bakının maraqlarına zidd hər hansı addım atmaq istəyənlər bunun fəsadları barədə düşünməli olacaq və regional təhlükəsizliyi sarsıda bilməyəcəklər”.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki