image-970_50
image-img_20211030_215253

El-aləm dəli olanda hamı mollanın yanına qaçır,bəs molla dəli olanda hara qaçsın? – Vəkil Adəm Məmmədov

image-suni_mayalanma_qiymeti

Peşəkar vəkil Adəm Məmmədov şəxsi Facebook səhifəsində,Məhkəmədə Neftçala Rayon İcra Başçısının və digərlərinin cinayət işində Cəfərov Anar Cəfər oğlu barəsindəki müdafiə nitqindən bir hissəsini izləyiciləri ilə bölüşüb.

Mətni sizlərə təqdim edirik:

…. Möhətərəm hakim konsitutiyaya əsasən Bələdiyyələr yerli özünüidarəetməni həyata keçirən müstəqil qrum olub, heç bir orqandan, o cümlədən, icra başçılarından asılı deyildir. Lakin reallıq budur ki, icra başçıları özlərini rayonların kiçik padişahları hesab edirlər. Hüquqlarını müdafiə etdiyim şəxs rayonun kiçik padişahı İsmayıl Vəliyevin bələdiyyə başçılarından nəyə görə pul tələb etdiyini bilməmişdir. İcra başçısı Cəfərov Anara da bələdiyyə başçıları ilə bərabər eyni münasibət bəsləmişdir. Hətta tələb etdiyi pulların hansı məqsədlə alındığını belə ona bildirməmiş, bir manat belə hüquqlarımı müdafiə etdiyim şəxsə verməmişdir. Belə olan halda Cəfərov Anarın pulun hansı məqsədlə alındığını bilməsi mükünsüz idi.
İcra başçısına qarşı irəli sürülmüş bu ittiham onların kor-koranə, açıq-aşkar rayonlardakı qəsbkarlığını təsdiqləyir. Lakin ittihamda icra başçısının 19 bələdiyyə sədrinin iş fəaliyyətinə maneçilik törətməmək üçün onlardan müəyyən məbləğdə pul tələb etdiyi öz əksini tapmışdır. Bu hal icra başçısını rüşvət almaya dair cinayət məsuliyyətinə cəlb etməyə əsas ola bilməz. Belə ki, bələdiyyələr müstəqil qrum olduğu üçün icra başçıları istəsə belə onların işinə qanuni yollarla maneçilik törədə bilməz. Buna görə də, icra başçısına rüşvət almaya, Cəfərov Anara isə iştirakçılığa görə ittiham elan olunması qanunsuz və əsassızdır. Bütün Neftçala camaatı bilir ki, hüquqlarını müdafiə etdiyim şəxsin bir evi belə yoxdur. O atasından miras qalmış evdə yaşayır. Hətta aldığı avtomobilin belə kreditini illərdi ki ödəyib bitirə bilmir. Belə olan halda kiçik padişahın əmrlərinə mənasını dərk etmədən tabe olmuş birinə 9 il, dövlətin xalqın əmlakını talamış, milyonlara sahib birinə isə 11 il müddətində azadlıqdan məhrumetmə cəzasının təyin olunmasının ittihamçı tərəfindən tələb edilməsi qeyri bərabərlikdir.
Müstəqil qrum olan bələdiyyə sədrlərinin icra başçısının sözündən çıxmadığı halda Cəfərov Anar qətiyyən ona qarşı gəlməsi, tapşırıqlarını sorğulaması mümkünsüzdü. Belə bir deyim var: El-aləm dəli olanda hamı mollanın yanına qaçır. Bəs molla dəli olanda hara qaçsın?
İndi sizə sual verirəm: icra başçısı pulla doymursa Anar yazıq buna neyləsin?

P.S. Milyonlarla pulu ələ keçirən icra başçısına məhkəmə tərəfindən 10 il, təmirsiz evdə yaşayan, avtomobilinin kreditin belə ödəməkdə çətinlik çəkən Anar Cəfərova 8 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Burda belə bir deyim yada düşür: milyonlarla insanı aldadan dahi, üç beş nəfəri aldadan isə fırıldaqçı hesab edilir.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki