image-qanunla-reklam
image-img_20211026_135745_728

ƏLBİR FƏALİYYƏTİN BƏHRƏLƏRİ

image-lady-day-az

44 günlük İkinci Qarabağ savaşı bir daha iki dost, qardaş ölkənin sevincinin də, kədərinin də bir olduğunu, daim bir-birindən güc aldıqlarını nümayiş etdirdi. Azərbaycana qardaş dəstəyini göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsinin başlandığı ilk saatlardan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanladı. Müzəffər Ali Baş Komandanın qətiyyəti, rəşadətli Ordumuzun gücü sayəsində 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününün tariximizə yazdığı Qələbə səhifələri Azərbaycan qədər də Türkiyəni sevindirdi. Küçə və meydanları iki dost ölkənin bayraqları bəzədi. Bu gün isə işğaldan azad edilmiş torpaqlarımızda bayraqlarımızın birgə dalğalanmasının şahidiyik. Bu, dünyaya ünvanlanan dostluğun, qardaşlığın növbəti nümunəsidir.

2021-ci il 26 oktyabr tarixində Füzuli Beynəlxalq Hava Limanının birgə açılışı birliyin gücünün nümayişidir. Belə ki, Füzuli Beynəlxalq Hava Limanı hərbi, iqtisadi və turizm baxımından böyük əhəmiyyət daşıyır. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir. “Bu aeroport Azərbaycana hərbi üstünlük qazandıracaq. İstər şəxsi heyətin, istər texnikanın, istərsə də təchizatın vaxtında müəyyən edilmiş yerlərə daşınmasında operativlik, çeviklik əldə olunacaq. Bundan başqa, əminəm ki, işğaldan azad edilmiş ərazilərimiz tam bərpa olunduqdan sonra həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonları ən güclü iqtisadi regiona çevriləcək. Orada heyvandarlığın, əkinçiliyin inkişafı çox güclü olacaq. Eləcə də, həmin regionda yerli sənaye obyektləri yaradılacaq və istehsal olan məhsulların daşınması, təchizatın gətirilməsi ilə bağlı ko?munikasiyaya böyük ehtiyac yaranacaq. Füzuli Beynəlxalq Hava Limanı, eləcə də digər aeroportlar bu işi asanlaşdıracaq.
Türkiyə həmişə olduğu kimi öz qardaşlarını Azərbaycanın haqqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin
Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.
Cahangir Muradov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki