Rusiyada, Elbrus zirvəsində olan 25 nəfərlə əlaqə itib.
“Qanunla.az”ın məlumatına görə, həmin şəxslər Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupuna daxildir.
Qeyd olunur ki, onlar Elbrusda qalmış dörd turisti təxliyə etmək üçün zirvəyə qalxıb. Lakin onların gəldiyi helikopter texniki nasazlıqla əlaqədar sıradan çıxıb.
Hazırda dağdakı şəxslərlə əlaqənin olmadığı deyilir. Hava şəraiti sabitləşəndən sonra onların ardınca daha bir qrup xilasedicinin göndərilməsi planlaşdırılır.