image-qanunla-reklam
image-1628678663_d4066a25-e9ff-4c76-96a2-e843ade6c46d

Eldar Əzizova iki şərt: Ya sökülməsinə göstəriş verin, ya da…/Prezidentə müraciət

image-lady-day-az

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 117, mənzil 83-də yaşayan Bəşirova Azadə Qinyaz qızı tərəfindən Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Həyat yoldaşı birinci Qarabağ müharibəsi iştirakçısı olan xanım 15 ildir Nizami rayon Bələdiyyəsindən 49 illiyə icarəyə götürdükləri torpaq sahəsində kiçik bir iaşə obyektini aça bilməmələrindən ölkə başçısına şikayət etməyə məcbur qalıb.

DogruXeber.az: – Azadə Bəşirova müraciətində yazır ki, 2005-ci ildə Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 55/57 saylı binanın qarşısında 375 kv.m boş torpaq sahəsini Nizami Bələdiyyəsindən 49 illiyinə icarəyə götürmüşük. Bu sahədə bir sıra ağaclar əkib xüsusi qulluq göstərməklə abadlaşdırmışıq. Həyat yoldaşım Bəşirov Elxan Bəşir oğlu birinci Qarabağ müharibəsində iştirak etməklə 4 il Azərbaycan ordusunda xidmətdə olub. Müharibə dövründə sağlamlığını müəyyən qədər itirdiyinə görə, vaxtaşırı dərmanlara ehtiyacımız olur. İki övladımız var, mən isə işsizəm. Ailəmizin düşdüyü çətin durumdan çıxmaq üçün yerli bələdiyyədən icarəyə götürdüyümüz torpaq sahəsində bir Azərbaycan vətəndaşı olaraq iaşə obyekti yaradaraq kiçik bizneslə məşğul olmaq qərarına gəldik. Lakin düşdüyümüz bürökratiya və süründürməçilik əlindən uzun illərdir bizə icazə verilmir.

Ən son müraciətimizə cavab olaraq Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən bizə ünvanlanan 07 may 2021-ci il tarixli məktubda yazırlar ki, “Bildiririk ki, dünyada, o cümlədən Azərbaycanda da mövcud olan COVİD-19 pandemiyasının davam etdiyi müddətdə ictimai-iaşə fəaliyyəti ilə məşğul olmağınız üçün sizə yer ayrılması məqsədəuyğun hesab edilmir.”

Eldar Əzizova iki şərt: Ya sökülməsinə göstəriş verin, ya da…/Prezidentə müraciət

Vətəndaşın müraciətindən də göründüyü kimi, onlara yer yox, iaşə obyektinin tikintintisinə icazə lazımdır. Amma Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin sektor müdiri Pərviz Məmmədov sanki qlobal miqyaslı bir problemin qarşısını almağa çalışırmış kimi, dünyada baş alıb gedən pandemiyanı da ortaya soxaraq verdiyi formal cavabla əslində BŞİH rəsmilərinin çirkin əməllərinin iç üzünü açmış olub.

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən vətəndaşa verilmiş bu cavabın araşdırılması və qanun çərçivəsində tədbirlər görülməsi üçün Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazır Əli Əsədova, Prezident Adminstrasiyasının rəhbəri Samir Nuriyevə, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, Ombudsman Aparıtanı və bir neçə səlahiyyətli dövlət orqanlarına rəsmi müraciət ünvanlamışıq. Müraciətdə sözügedən dövlət orqanlarının rəhbərlərindən xahiş etmişik ki, araşdırılsın görək, pandemiya dövründə ictimai-iaşə ilə məşğul olmaq üçün tikintiyə icazə istəmək bir vətəndaşa qadağındırsa, digər bir vətəndaş küçənin ortasında obyekt tikib icarəyə verə bilərmi?

Əgər pandemiyaya görə Bəhruz Nuriyev küçəsi 55/57 ünvanda Qarabağ qazisinə iaşə obyekti açmaq məqsədəuyğun deyilsə, bəs onda başqa birisinə, Dubayda və yaxud da Çikaqoda yox, elə Bəhruz Nuriyev küçəsində, yolun demək olar ki, ortasında, kommunikasiya xəttlərinin üstündə obyektin tikintintisini kim məqsədəuyğun hesab edib?

Eldar Əzizova iki şərt: Ya sökülməsinə göstəriş verin, ya da…/Prezidentə müraciət

Qeyd edək ki, bu formal cavabdan sonra vətəndaş Azadə Bəşirova Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinə 03 iyul tarixdə təkrar müraciət etmişdir. Bundan sonra onlardan rəsmən sənədlərin əsli istənilmişdir. Sənədlərin əslini təqdim etdikdən sonra Departamentin sədri İntiqam Məmmədov şikayətçinin məsələsini işçisi Sadiqə həvalə etmişdir. Üç gün əvvəl yerə baxış keçirən Sadiq ərazinin yaşıllıq olduğunu və onlara aidiyyatı olmadığını bildirib. Şəkildə gördüyünüz yeni tikilən obyekt də birinci Qarabağ müharibəsi iştirakçısı olan şikayətçinin qonşuluğunda, Nizami rayonunda, Bəhruz Nuriyev küçəsində yerləşir. Obyekt səkidə, kommunikasiya xəttlərinin üstündə tikilib, piyada zolağını da özbaşına ləğv ediblər. Heç bir sənədi yoxdu və bir gecənin içində tikintisi başa çatdırılıb. Sahibinin şəriki isə Bakı şəhər Ticarət və Xidmət Departamentində lap çoxdan işləyən Sadiq adlı bir nəfərdir.

Bəs əlində Nizami Bələdiyyəsindən 49 illiyinə icarə sənədi olan birinci Qarabağ müharibəsi iştirakçısına dolayısı yollar göstərən Sadiq kimdir? Deyilənə görə özü Hacıbala Abutalıbovun yaxın qohumudur, Ordubad rayonundandır. O vaxtlar keçmiş başçı olan qohumu onu Bakıda çörəkpulu qazanmağa gətizdiribmiş. 19 il əvvəl borc aldığı 8 “şirvanla” təyyarəyə bilet alıb özünü Bakıya, Hacıbala müəllimin qəbuluna çatdırmış Sadiqin bu gün Bakının hər rayonunda mülkiyyətinə daxil saysız-hesabsız obyektləri var. Bu adam özündən başqa heç bir Qarabağ əlilinə və ya digər kateqoriyadan olan şəxslərə imkan vermir ki, kimsə gedib pulsuz bir su butkası tikə bilsin. Dərhal bəhanə gətirir ki, nəzərdə tutulan yer yaşıllaşdırmaya aiddir və s. boş-boş fərziyələr. Ozünün isə təkcə Nizami rayonunda yerləşən bizə məlum obyektləri bunlardır. Naxçıvanski 84-də, Bəhruz Nuriyev 10A-da, 8-km bazarının yanında bir böyük kafe, Rüstəm Rüstəmov 84-də binanın altı, Naxçıvanski 51-in yanında da bir möhtəşəm obyekti var. Bu sadalananlar Bakı şəhər Ticarət və Xidmət Departamentinin sıravi bir işçisinə məxsusdur və təkcə Nizami rayonunda olanlardır. İndi təsəvvür edin Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərinin nə qədər belə obyektləri var.

Bu obyektlər təkcə Hacıbala Abutalıbovun dövründə tikilməyib. Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra söylədiklərinin hamısının bir görüntü olduğu ortaya çıxmaqdadır. Bu gün Bakı şəhərinin bütün rayonlarında satılan boş torpaq sahələri məhz Eldar Əzizovun adamları tərəfindən rəsmiləşdirilir. Şəhərsalama və arxitektura qaydalarına da heç bir əməl edilmədən. İndi orta məktəb şagirdinə də yaxşı məlumdur ki, paytaxt ərazisində fərdi yaşayış evlərinin, ticarət və iaşə obyektlərinin tikintisinə razılıq almaq pulsuz deyil, hətta Hacıbala Abutalıbovun dövründə olan qiymətlərdən qat-qat bahadır. Kiçik, 10-15 kvadratmetrlik bir yerə nə az, nə də çox, 30-40 min manat. Bunu biz özümüzdən çıxarmırıq. Bu Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qeyri-leqal qoyulmuş bir rusümdür və ödəməyən kimsəyə icazə verilə bilməz. Bunu paytaxtın Nizami rayonu ərazisində, Bəhruz Nuriyev küçəsində iaşə obyekti açmağa icazə istəyən Qarabağ müharibəsi iştirakçısına Ticarət və Xidmət Departamentin sədri İntiqam Məmmədov deyib. Razılaşma olmadığına görə işçisi Sadiq də min cür fərziyyələr uydurub.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə deməsin ki, bütün bunlardan xəbəri yoxdur. Xəbəri yoxdusa bir mətbuat orqanı olaraq biz məlumatlandırdıq. Təkcə Bakı şəhər İcra Hakimiyyətini deyil, bir çox dövlət orqanlarını da. Əgər yaxın bir-iki günə Nizami rayonu Bəhruz Nuriyev küçəsindəki səkidə qanunsuz tikilmiş, şəkildə gördüyünüz obyektin sökülməsinə göstəriş, Qarabağ qazisinə isə icazə verilərsə, onda Eldar Əzizovun bütün bunlardan xəbəri olmadığına inanacaq və üzr istəyəcəyik. Yox, əgər obyekt sökülməsə, onda Bakı şəhərində, hər tində, bir-iki gecəyə, qanunsuz aparılan tikinti işlərinin başında birbaşa Eldar Əzizovun durduğunu geniş ictimaiyyətə bir daha çatıracağıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki