image-qanunla-reklam
image-eldar-hesenov-mehkeme

Eldar Həsənovun məhkəmədə yenə halı pisləşdi

image-lady-day-az

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qanunla.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan bugünkü prosesdə Eldar Həsənov səhhətində yaranmış problemlər barədə danışıb, vəziyyətinə dair bir daha məhkəməyə məlumat verərək məhkəməyə gəlməsinin çətin olduğunu deyib.

O, daha sonra ittihamlarla razı olmadığını bildirib.

Vəkil Cavad Cavadov vəsatət qaldırıb. O, E.Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Prosesdə fasilə elan olunub.

***

Məhkəmə zamanı Eldar Həsənovun səhhətində yenidən problem yaranıb və onun halı pisləşib. Məhkəməyə təcili yardım çağırılıb.

Qeyd edək ki, bundan öncə 9 və 13 sentyabr iclaslarında E.Həsənovun vəziyyəti pisləşdiyi üçün proses təxirə salınmışdı. Məhkəmənin 13 sentyabr iclasında hətta E.Həsənov huşunu itirərək yıxılmış, məhkəməyə təcili yardım çağırılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki