image-qanunla-reklam
image-mahmud-1

Eldar Həsənovun məhkəməsi qalmaqqalla başladı – MƏHKƏMƏ NƏZARƏTÇİLƏRİNDƏN VƏKİLLƏRƏ VƏ JURNALİSTLƏRƏ KOBUDLUQ

image-lady-day-az

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq Baş Prokuror və keçmiş səfir Eldar Həsənovun cinayət işi üzrə hazırlıq iclası başlayır.

Qanunla.Az-ın  xəbərinə görə, bu gün adıçəkilən məhkəmənin binasında az qala fövqəladə vəziyyət elan olunub.

Belə ki, Həsənovun vəkillərinin qarşısını kəsən məhkəmə nəzarətçiləri onların telefonunu əllərindən almağa cəhd edib.

Buna etiraz edən vəkillərlə nəzarətçilər arasında qalmaqal düşüb.

 

image-eldar-hesenov

Telefonunun alınmasına etiraz edən vəkil Adəm Məmmədov dövlət ittihamçısına da məxsus telefonun alınmasından sonra öz telefonunu təhvil verəcəyini deyib.

Bundan başqa nəzarətçilər müstəqil KİV təmsilçilərini prosəsə buraxmayıb.

Jurnalistlərə qarşı kobud davranan nəzarətçilər ancaq Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri   “Mahmud Nəbiyevin məsləhət bildiyi” media təmsilçilərini içəri buraxıb.

Prosesə sədrlik edən hakim Əfqan Hacıyevə yaxınlaşan jurnalistlər  bu qanunsuzluğa etiraz etməsini təlıb etsə də hakim buna məhəl qoymayıb.

Görünür, məhkəmə rəhbərliyi Eldar Həsənovun özünün də siyasiləşməsində maraqlı olmadığı proses ətrafında süni gərginlik yaratmaq istəyir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki