image-970_50
image-img_20210915_125451

Eldar Həsənov yüksək peşəkarlığı və dərin savadı ilə məhkəmə prosesini alt-üst edib-Adəm Məmmədov

image-728_90

Qanunla.Az xəbər verir ki,bunu Eldar Həsənovun vəkili Adəm Məmmədov açıqlamasında bildirib:

Mən uzun müddətdir vəkiləm, çox insanları, o cümlədən hüquqşünasları müdafiə etmişəm. Lakin təcrübəmdə Eldar Həsənov qədər cinayət işinin hər səhifəsini, hər sətrini diqqətlə oxuyan, verilmiş ittihamları bir-bir təqdim etdiyi sübutlarla, istintaqın aldığı ifadələrlə özünün yüksək hüquqşünas peşəkarlığı və dərin savadı ilə məhkəmə prosesində alt-üst edən biri olmamışdır. Bunu məhkəmə heyətində dövlət ittihamçıları da, müdafiə tərəfi də görür, eşidir və açığını deyim çox da təəccüb edirlər. Səhhətinin tez-tez pisləşməsinə baxmayaraq ciddi ağrılarla hər bir məhkəmə iclasına gələn E.Həsənovun məhkəmə iclaslarında, sakit, təmkinli, mədəni və yüksək peşəkarlıqla məhkəmə heyətinə hörmətlə müraciət edib verdiyi ifadələri dinləmək kifayət edər, əsl həqiqətlərdən xəbərdar ola bilər.

Bu qənaət təkcə mənim deyil prosesdə iştirak edən hər 4 vəkilin fikridir.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki