image-qanunla-reklam
image-eldeniz-selimov

Eldəniz Səlimovun diplomu ilə bağlı – Rəsmi cavab

image-lady-day-az

Polisi döyməklə gündəmə gələn və hazırda həbsdə olan deputat Eldəniz Səlimovun Dağıstan Dövlət Universitetində oxuması və onun diplomunun şübhəli olması ilə bağlı müzakirələr hələ də davam edir.

Bu mövzuda Qanunla.Az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən verilən cavabdan bəlli olur ki, Eldəniz Səlimovun diplomunu şübhə altına almaq mümkündür. Nazirliyin məlumatına görə, Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti 1998-ci ildə Azərbaycan TN-də qeydə alınıb və onun akkreditasiyası 2031-ci ilə qədər qüvvədədir.

Eldəniz Səlimov sözügedən ali təhsil müəssisəsinə 1993-cü ildə daxil olub. Yəni o, Dağıstan Dövlət Universitetinə qəbul olunarkən Azərbaycan Təhsil Nazirliyi tərəfindən bu universitetin diplomu tanınmırdı.

Yalnız E.Səlimov təhsilini tamamlayandan sonra bu universitet Azərbaycan TN-də akkreditasiyadan keçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki