image-970_50
image-eli-hesenov

Əli Həsənovun oğlunun Tiflisdəki biznesi üzə çıxdı

image-suni_mayalanma_qiymeti

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlinin Tiflisdəki biznes fəaliyyəti ilə bağlı bəzi faktlar üzə çıxıb.

Qanunla.Az  xəbər verir ki, bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun əldə etdiyi sənədlərdən məlum olur ki, Həsənovlar ailəsinə məxsus “Ducle Nutrition LLC” 2017-ci ilin oktyabrında Tiflisin İsani rayonunda Tedzami küçəsi 5 ünvanında hüquqi qeydiyyata alınıb. Şirkətin direktoru Sənan Abdullayev adlı şəxsdir. Onun 100 faiz pay hüququ Şamxal Həsənliyə məxsusdur.

Şirkətin hansı profil üzrə fəaliyyət göstərdiyi məlum deyil.

Sənan Abdullayevin adı Gürcüstanın İctimai Qeydiyyat üzrə Milli Agentliyində qeydiyyata alınmış “Caspian Inspection Company” Ltd., “Village Group” Ltd., “Megobari” Ltd., B.h.e. Co. Ltd. və Pompa+ Ltd. şirkətlərinin təsisçiləri sırasında da keçir.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki