image-qanunla-reklam
image-1574676914-millimeclis

Əli Hüseynli 18 Oktyabrla bağlı deputatların təklifinə CAVAB VERDİ

image-lady-day-az

 

Milli Məclisin iclasında Əmək Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı məsələ yenidən gündəmə gətirilib.

Deputatlar Sabir Rüstəmxanlı, Əli Məsimli, Fazil Mustafa 18 Oktyabrın qeyri-iş günü kimi Əmək Məcəlləsində təsbit olunmasını təklif ediblər.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə deputatların təklifinə belə reaksiya verib:

“Əmək Məcəlləsinə dəyişiklik texniki xarakterlidir. Hesab edirdim ki, çıxışlar olarsa, bu, populizm üçün bəhanə ola bilər. Sizin çıxışlarınızdan belə başa düşülür ki, indiyə qədər dövlətimiz, xalqımız bu günə ehtiramsız yanaşıb?! Bizim etdiyimiz sadəcə adların dəyişdirilməsidir”.

Qeyd edək ki, “Müstəqillik haqqında” qanuna əsasən, 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.

Azərbaycanda 18 Oktyabr iş günüdür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki