image-qanunla-reklam
image-1625816238_img_9910

“Əli Kərimliyə tezisləri birbaşa ermənilər verir” – Cavid Osmanov

image-lady-day-az

“Bir neçə gün bundan əvvəl Ermənistan tərəfindən işğaldan azad edilmiş Füzuli və Zəngilan rayonlarının mina xəritələri Azərbaycana təqdim edilib. Bu, Azərbaycan Prezidentinin növbəti diplomatik qələbəsidir”.

Qanunla.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, mina xəritələrinin əldə edilməsi ilə ərazilərimizin yenidənqurma və bərpa işlərinin sürətlə aparılmasına şərait yaradacaq: “Hamımıza məlumdur ki, 15 eməninin qaytarılması beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Çox təəssüf ki, bir neçə dağıddıcı qüvvələr, əsasən də AXCP sədri Əli Kərimli və onun ətrafındakılar bu humanist addımı cəmiyyətə fərqli şəkildə təqdim etməyə çalışırlar. Ancaq Azərbaycan xalqı da başa düşür ki, onların tezisləri birbaşa ermənilərdən gəlir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki