image-qanunla-reklam
image-img_20211106_182653

Əli Musa: “Bütün dünya üçün nümunəvi və Zəfər tariximizin Lideri”

image-lady-day-az

Nə az, nə çox 30 illik bir tarix ərzində erməni separatizminin qurbanı olaraq öz doğma ata-baba yurdundan pərən-pərən düşən vətəndaşlarımız xüsusən, bütün vəhşiliklərin qurbanı olan 1(bir) milyondan çox məcburi köçkünlərimiz üçün dünyada misli görünməmiş qədər ağrı-acılı günlər yaşatdı.

Bir sözlə mənfur düşmənin insanlıq əleyhinə olan xain və nankor əməlləri hər bir Azərbaycanlının taleyində mənəvi və psixoloji sarsıntılar kimi yadda qaldı.

Ancaq bu kimi hallara baxmayaraq illər ərzində hər birimiz üçün nə el-oba, yurd-yuva sevgimizə, nədə ki, milli şüurumuza mane olmayaraq, dövlətçilik əzmimizi qıraraq əyə bilmədi.

Dövlət, xalq birliyinə sədaqət milli dövlətçilik məfkurəmizə ehtiramın bariz nümunəsi kimi hər birimizə böyük stimul verdi.

Belə ki, neçə illər ərzində öz mundar, xain mövqe nümayiş etdirən mənfur düşmənlərimiz 20% torpaqlarımızı zəbt etməsi azmış kimi acgözlüyü və terrorist planlarına rəğmən dəfələrlə Azərbaycan Ordusuna və mülki dinc əhalimizə qarşı durmadan öz çirkin əməllərini nümayiş etdirmişlər.

Nə qədər illərlə müharibə şəraitində yaşasaqda, Müstəqil Azərbaycan Dövlətinin qurucusu və memarı, hər bir Azərbaycanlının ürəyində əbədiyaşar lider hissi və mövqeyi yaratmış rəhmətlik ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi və kursunu bu günə kimi layiqincə davam etdirərək şanlı dövlətçilik tariximizə öz töhfəsin vermiş Ali Baş Komandan İlham Əliyev cənabları tərəfindən istər, ictimai-siyasi
istərsədə əhalinin rifah halının artırılaraq yüksəldilməsi istiqamətində sosial-iqtisadi və bir çox istiqamətlərdə layihə və planlar gerçəkləşdirilərək uğurla davam etdirilmişdir.

Ali Baş Komandan cənab İlham Əliyevin ictimai-siyasi, həyatda əldə edərək qazandığı hər bir uğurun dəstəklənib təbliğ edilərək bütün ölkə və dünya ictimaiyyətinə çatdırılması üçün ziyalılarımız və gənclər tərəfindən
təbliğat işləri aparılıb.

“Haqq nazilə, ancaq üzülməz” deyiblər
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

Noyabrın 10-da isə Ermənistan Azərbaycan dövləti və ordusu qarşısında tab gətirməyərək məcburiyyət içində çıxılmaz vəziyyətdə qalaraq kapitulyasiya aktına imza atdı. Kapitulyasiya aktına görə, bir güllə atmadan belə noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana dövlətinə qaytarıldı.

Düşmənə qalib gələrək şanlı üçrəngli bayrağımız əbədi olaraq işğaldan azad olunan torpaqlarımızda dalğalandırıldı.

44 gün ərzində 30 illik vətən həsrəti, yurd-yuva, el-oba sevgimizə Müzəffər Ali Baş Komandanın və Rəşadətli Azərbaycan Ordusunun səyi nəticəsində ermənistan məğlub edilərək işğala son qoyulub, 30 illik dövlətimizə və xalqımıza edilən haqqsızlıq tarixi ədalətimiz bərpa edilərək tarixi zəfər qazandıq.

Vətən müharibəsi başlanan gündən bitənə kimi ölkədə və dünyada yaşayan Azərbaycanlılarımız bütöv şəkildə dövlətimizə və ordumuza dəstək olaraq bütün dünya üçün birliyimizi görsətdilər.
Və beləliklə diplomatiya istərsədə, informasiya savaşımız bizim düşmən üzərində qazanılan qələbəmizə səbəb oldu.
Azərbaycanın güclü sosial-iqtisadi potensial gücünə əsasən tezliklə, erməni vəhşiliyinin qurbanı olan rayon və kəndlərimizdə yeni abadlıq-quruculuq işləri aparılaraq öz füsünkar görkəminə qayıdacaq və vətən həsrətli sakinlərimiz doğma yurd-yuvalarına qaytarılacaqlar.

QARABAĞ AZƏRBAYCANDIR!

Əli Musa

“REZONANS” İnformasiya Portalının Baş redaktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki