image-qanunla-reklam
image-1696318188-189101_14v79dc7ov

Əliyar Ağayev Avroliqanın qrup oyununda

image-lady-day-az

Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev beynəlxalq oyunlara təyinat alıblar.

“Qanunla.az” xəbər verir ki, Ə. Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində oktyabrın 5-də Polşada “Rakuv” və Avstriyanın “Şturm Qrats” komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Oyunun VAR hakimləri niderlandlı Yeron Manşot və Sergey Ervin Blankdır.

E. Məsiyev isə Konfrans Liqasının qrup mərhələsində oktyabrın 5-də Farer adalarında “Klaksvik” və Fransanın “Lill” klubu arasında oynanılacaq görüşü idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, dördüncü hakim isə Fərid Hacıyev olacaq. VAR sisteminə isə türkiyəli Mete Kalkavan və Erkan Engin nəzarət edəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki