Azərbaycanın FİFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatında İngiltərə – Almaniya matçını idarə edib.
“Qanunla.az” xəbər verir ki, C qrupunun 3-cü turu çərçivəsində, “Batumi Arena”da keçirilən görüş İngiltərənin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu oyunda Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalovla Akif Əmirəli kömək ediblər.
Qeyd edək ki, C qrupunda İngiltərə 9 xalla liderdir, Almaniya isə 1 xalla sonuncudur.