image-970_50
image-eliyev-film

Əliyev və Ordumuzun şanlı qələbəsi… – Möhtəşəm film gəlir

image-728_90

Azərbaycan Televiziyası (AzTV) Vətən müharibəsinin başlanmasının ilk ildönümü ilə bağlı sənədli film hazırlayır.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Kult.az-a verilən məlumata görə, “Biz Qarabağı unutmadıq” adlı film Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarix yazan Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsinə həsr olunub.

Filmdə ordumuzun qazandığı parlaq qələbənin təfərrüatı və nəticələrindən bəhs olunacaq, müharibədə iştirak etmiş hərbçilərimizin təəssüratları yer alacaq.

Hazırda filmin çəkilişləri davam edir.

Filmin premyera tarixi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, 2020-ci sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə qarşı “Dəmir yurmuq” adlı əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və 30 ilə yaxın müddətdə düşmən işğalında qalan Azərbaycan torpaqları 44 gün müddətində azad edildi.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki