image-qanunla-reklam
image-img_20211127_093819

Əliyevin Soçi çıxışında iki mesajı

image-lady-day-az

Liderlərin mətbuata bəyanatlarında şifahi razılaşmalar və mesajlar əksini tapıb. Və məlum olur ki, masada nəzəri cəhətdən müsbət nəticələr əldə olunub.

1. İlin sonuna kimi sərhədin delimitasiyası və demarkasiyası mexanizmləri yaradılacaq;

2. Görüşdə kommunikasiyaların açılması ilə bağlı razılaşmanın detalları gələn həftə açıqlanacaq: Putin bildirir ki, “Gələn həftə, – bu, bizim növbəti razılaşmadır, – onlar müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar”.

Bu, görüşdə kommunikasiyanın açılması ilə bağlı razılaşmaların üçtərəfli bəyanatda tam əksini tapmadığı deməkdir: mümkündür ki, liderlər nəqliyyat xətlərinin açılması qrafikini müzakirə edib və müəyyən razılaşmalar var; İşçi Qrupu razılaşdırılmayan texniki məsələlərə yekun vurduqdan sonra qərar açıqlanacaq;

3. Əliyevin çıxışı göstərdi ki, Bakı və Moskva proseslərlə bağlı eyni mövqedədir.

Azərbaycan Prezidenti iki mesaj da vardi:

– Bakı Rusiyanın təşkil etdiyi formatdan kənara çıxmaq niyyətində deyil: bu, Qərbə üz tutan Paşinyanın mövqeyinin zəiflədilməsi məqsədi də daşıyırdı;

– Əliyev “düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq” deyə bildirdi. Bu o deməkdir ki, Bakı görüşdə əldə olunan razılaşmaların icrasının uzadılmasını qəbul etməyəcək və Əliyev regionda təhlükəsizliyin bundan asılı olacağını bildirdi.

4. Ermənistan sərhədin delimitasiya və demarkasiyasına, eləcə də kommunikasiyaların açılmasına razılaşıb: Putinin nəqliyyat xətlərindən danışarkən “dəhliz” ifadəsinə üstünlük verməsi və Əliyevin xəbərdarlıq mesajı Paşinyanın Zəngəzur dəhlizi istəyinin qəbul edilmədiyi ehtimalını gücləndirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki