1 sentyabr 2024-cü il tarixində keçiriləcək Milli Məclisə seçkilərdə 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) Nizami Gəncəvi və Cavad xanın məqbərələrini ziyarət edib.
Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərə kompleksini ziyarət edib. Həmçinin dahi şairin atası Yusifin və anası Rəisənin məzarlarını, Nizami Gəncəvi Muzeyini ziyarət edib. Nizami Gəncəvi Muzeyinə müəllifi olduğu “Oxu-magiya” kitabını bağışlayıb.
Daha sonra Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Ziyadoğlu-Qacarın məzarı üzərində ucaldılmış məqbərəsini ziyarət edib.
Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) seçki marafonun başlanğıcında Gəncə şəhəri Şəhidlər Xiyabanını və müasir Azərbaycan dövlətinin qurucusu, Ümumilli Lider Heydər Əiyevin Gəncə şəhərindəki abidəsini ziyarət etmişdi.
Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) Gəncənin səsinin tarix olduğunu “SƏSİNİZ GƏNCƏ” şüarını ifadə edərək prosesin mahiyyətini ifadə etmişdir.
Elşən Gəncəvi “Ganjavi Holding”in prezidenti, “Najafsoy Group”un direktoru, “Ganjavi Media”nın və “Siyasi.az” xəbər portalının baş redaktoru, Demokratik İslahatlar Partiyasının redaksiya komissiyasının üzvüdür.
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin maliyyə meneceri, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Public” və “Gəncəvi” jurnallarının təsisçisi, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım ictimai birliyində İctimai və sosial şuranın rəhbəri kimi fəaliyyətlər göstərib.
Elşən Gəncəvi “Oxu-magiya” kitabının müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.
Elşən Gəncəvi Gəncə şəhəri, K.D.Uşiniski adına 29 nömrəli tam orta məktəbin məzunu olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.
Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.
Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.
Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.
Tükiyənin İstanbul şəhərində “Altın Melek Ödülleri 2021” layihəsində “YILIN EN BAŞARILI İŞ ADAMI” və “Turkey Exclusive Awards 2022” layihəsində “AZERBAYCANIN BAŞARILI İŞ ADAMI” beynəlxalq nominasiyalar üzrə mükafatlandırılıb.