image-qanunla-reklam
image-img_20211104_145224

Elşən Gəncəvi Türkiyənin “Altın Güneş Ödülleri 2021” layihəsində mükafatlandırılıb – FOTOLAR

image-lady-day-az

İctimai Xadim, İş Adamı, “Ganjavi Holding”-in prezidenti Elşən Gəncəvi Türkiyənin “Altın Güneş Ödülleri 2021” layihəsində mükafatlandırılıb.

İslahat.az xəbər verir ki, “Hilton Baku” otelində keçirilmiş “Altın Güneş” mükafatının təqdimetmə mərasimində Türkiyənin və Azərbaycanın fərqlənən, yadda qalan, peşəkar şəxs və şirkətlər iştirak edib. İctimai və iqtisadi sahələrdə uğurlarına görə Elşən Gəncəvi də mükafatçılar sırasında olub.

“Altun Güneş Ödülleri 2021” layihəsi “Caspian Events Group” tərəfindən icra edilib. “Altun Güneş Ödülleri” layihəsinin beynəlxalq direktoru Olcay Kutlucadır.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamı olaraq fəaliyyət göstərir.

Elşən Gəncəvi “Ganjavi Holding”in prezidenti, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyi – İctimai və Sosial Şuranın rəhbəri, “NAJAFSOY GROUP”, “Pi Education”, “King Construction” şirkətlərinin təsisçisi, “Oxu-magiya” kitabının müəllifi, “Ganjavi Media” informasiya şəbəkəsinin rəhbəri, “Siyasi.az” xəbər portalının baş redaktoru, “İslahat.az” xəbər portalının, “Cari.az” və “İctimai.az” informasiya portalının yazarıdır.

“PUBLIC” və “GƏNCƏVİ” jurnallarının təsisçisi və baş redaktorudur. İctimai, sosial və iqtisadi layihələrin müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki