image-qanunla-reklam
image-download

Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət edildi

image-lady-day-az

Sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

“Qanunla.az” xəbər verir ki, şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.

Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın icraatına verilib. Məhkəmənin ilkin baxış iclası fevralın 2-ə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki