image-qanunla-reklam
image-elxan1

Elxan Şahinoğlunun şərhi erməniləri həyəcanlandırdı

image-lady-day-az

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun Müdafiə Nazirliyinin bugünkü açıqlaması ilə bağlı şərhi erməni mediası və sosial şəbəkələrində həyəcanla tirajlanıb.

Qanunla.Az  xəbər verir ki, E.Şahinoğlu Azərbaycan Müdafiə Nazirliyinin bugünkü açıqlamasında Rusiyanın imzaladığı bəyanatlara riayət etmədiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin olunmadığı, yeni erməni postlarının yaradılmasına şərait yaradıldığının vurğulandığını qeyd edib:

“Başqa sözlə, Azərbaycan Müdafiə Nazirliyi də etiraf edib ki, Rusiya Ermənistanla birgə bəyanatın müddəalarını pozur. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasının son cümləsi belədir: “Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır”.

Bu açıqlama havada qalmamalıdır. Açıqlamada yazıldığı kimi “Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaqdır” cümləsinin reallaşdırılması mexanizmləri hərəkətə gətirilməlidir. Laçın dəhlizi nəzarətə götürülməli, Qarabağdakı separatçılar tərk-silah olunmalıdırlar – bunun başqa alternativi yoxdur”.

Erməni mediası E.Şahinoğlunun “separatçılar” dedikdə, bütün erməniləri nəzərdə tutmasından narahatlığını bildirib.

Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yerləşdirilən ermənilər hazırda bütövlükdə qanundankənar və separatçıdırlar. Onlar nə vaxt Azərbaycan Respublikasının qanunlarına tabe olacaq və Azərbaycan pasportu alacaqlarsa, o zaman da Azərbaycanın digər vətəndaşları kimi bərabərhüquqlü vətəndaşa çevriləcəklər.

Bu baxımdan erməni mediası “separatçı deyəndə azərbaycanlı politoloq Qarabağdakı erməni əhalisini də nəzərdə tutur” sözləri qismən həqiqətdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki