Əməkdar artist Kübra Əliyevanın səhhətində problem yaranıb.
Qanunla.Az xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında bildirib. Xəstəxanaya yerləşdirilən aktrisa diz ağrılarından əziyyət çəkdiyini vurğulayıb.
“Neçə gündür diz ağrılarımdan əziyyət çəkirdim. Məni narahat edirdi. Pilləkən çox qalxdığıma görə oldu. Müalicəyə başladım” deyə,aktrisa bildirib.