image-qanunla-reklam
image-16107-1610706560

ƏMƏLLƏRLƏ TƏSDİQ OLUNAN VƏDLƏR

image-lady-day-az

ƏMƏLLƏRLƏ TƏSDİQ OLUNAN VƏDLƏR

Müstəqil Azərbaycan məqsədyönlü siyasət yürüdən, yalnız öz daxili imkanlarına arxalanaraq uğurla və sürətlə inkişaf edən, dünya miqyasında nüfuzu olan bir dövlətdir. Prioritet istiqamət olan sosial siyasət sahəsində aparılan islahatlar, çevik və məqsədyönlü fəaliyyət planlı və ardıcıl xarakter daşıyır. Ölkənin hərbi gücü artdıqca, iqtisadi potensialı gücləndikcə geniş sosial layihələr həyata keçirilir. Hər zaman hər bir azərbaycanlının yanında olan, onların dərd-səri, problemləri ilə maraqlanan, firavanlığının qeydinə qalan dövlətimizin başçısı şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Dövlətimizin başçısının “Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim” sözləri milli maraqlara söykənən dinamik praqmatik siyasətin mərkəzində insan amilinin dayanmasının daha bir təsdiqidir.

Kərim Umudov-Çallı kənd sakini, ağsaqqal

 

Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğı göstərir

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 26-da şəhid ailələrinə və müharibə əlillərinə yeni mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib.
Mərasimdən bir gün əvvəl, dövlətimizin başçısı “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzaladı. Abşeron rayonunda inşa olunmuş yeni yaşayış kompleksində şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim edildi. Statistik rəqəmlərin quru dili bu sahədə görülən işlərin miqyası barədə müəyyən təsəvvürün yaranmasına imkan versə də, heç bir statistik göstərici bu işlərin arxasında dayanan əməyin, çəkilən zəhmətin ölçüsünü göstərmək üçün yetərli olmur. Bu tədbirlərin dövlət siyasətinə və ilk növbədə, dövlət başçısının siyasi iradəsinə, öz vətəndaşına həssas münasibətinə, xüsusi qayğısına bağlı olduğunu da həmin rəqəmlər çatdırmaq gücündə deyil.
Prezident İlham Əliyevin mənzillərin, avtomobillərin açarlarının şəhid ailələrinə şəxsən təqdim etməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, xalq tərəfindən yüksək dəyərləndirilir. Tutduğu məqamdan asılı olmayaraq, hər bir azərbaycanlıda ruh yüksəkliyi yaradır, dövlətinə və dövlətçiliyinə olan güvəni, inamı daha da artır.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələri və qazilərə daim diqqət və qayğı ilə yanaşılmasının vacibliyini hər zaman vurğulayırlar. Məhz dövlətin həyata keçirdiyi ardıcıl, sistemli tədbirlərin nəticəsi olaraq bu gün ölkədə şəhid ailələrinə, ölkənin ərazi bütövlüyü uğrunda döyüşmüş, sağlamlığını itirmiş bütün vətəndaşlara xüsusi münasibət var. Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarlıq göstərən hər bir insan bizim üçün dəyərlidir. Hesab edirəm ki, dövlətin göstərdiyi diqqət və qayğı həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə ciddi təsir göstərən amillərdən biridir. Bu gün Azərbaycanda şəhid ailələrinə, müharibə iştirakçılarına və əlillərinə cəmiyyətdə olan münasibət mahiyyət etibarilə həm də dövlətin bu sahədə həyata keçirdiyi siyasətin məzmununu ifadə edir.
Vətəndaş öz Prezidentinin dilindən eşidəndə ki, “Bu işləri Azərbaycan öz vəsaiti hesabına edir, heç kimə möhtac deyil, heç kimdən yardım istəmir, öz hesabına edir və edəcək”, heç şübhəsiz, etdiyi fədakarlığa görə yalnız mənəvi rahatlıq tapır, mənsub olduğu güclü və müstəqil Azərbaycan dövləti ilə qürur duyur. Azərbaycan vətəndaşı bir daha əmin olur ki, etimad göstərdiyi Prezidenti sözdə deyil, əməldə onun yanındadır və bu, inanaraq güvəndiyi dövlət başçısının ruhən bağlı olduğu mənəvi dəyərlərdən irəli gələn seçimidir. Sözsüz ki, ali hakimiyyətin imza atdığı bu cür davranış nümunələri həm də ictimai münasibətlərin sağlam təməllər üzərində inkişafına, vətəndaş və hakimiyyət arasındakı qarşılıqlı inamın daha da möhkəmlənməsinə xidmət edir”.
Tarixi qələbəmiz Vətən üçün canından keçən şəhidlərimizin, igid qazilərimizin canı, mərdliyi bahasına döyüş meydanında qazanılıb. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğı göstərir. Azərbaycan dövləti hər zamankı kimi bu gün də vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətin sosial siyasəti ardıcıl və sistemlidir, şəhid ailələrinə və qazilərə diqqət və qayğı dövlətimizin sosial siyasətinin prioritet istiqamətidir
Xalq – iqtidar birliyi, eyni zamanda, vətəndaş amilinə verilən dəyərdən irəli gələrək qarşıya qoyulan tapşırıqların uğurlu icrası cəmiyyətdə yüksək ab-havanın yaranmasını şərtləndirir: “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” vədini ölkə Prezidenti İlham Əliyev atdığı addımlarla, bütün fəaliyyəti ilə təsdiqləyir.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Hərbçilər, qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Bu dəfə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Xüsusilə qeyd olunmalıdır ki, hazırda dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq Azərbaycanda bu işlər uğurla davam edir. Avqustun 25-də Prezidentimiz cənab İlham Əliyevin “Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı Sərəncam bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır.

Famil Abbasov – Vətən müharibəsi iştirakçısı

 

Müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılmasıi stiqamətində görülən işlər ardıcıl və planlı şəkildə həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri də şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir. Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 illik işğalına son qoyuldu. Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müqəddəs torpaqlarımız mənfur düşməndən təmizləndi. Bu haqq savaşında şəhidlərimiz, yaralılarımız oldu. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin mühüm bir vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini, məhəbbətini gündən-günə artırır.
Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanan Sərəncamlar, qəbul edilən Qərarlar bu vacib məsələyə son dərəcə ciddi münasibət göstərildiyini bir daha təsdiq edir.

Bəhruz Mustafayev-Vətən müharibəsi iştirakçısı

 

Müstəqil ölkəmiz digər vacib məsələlər kimi şəhid ailələrinin, müharibə əlillərinin ehtiyaclarının təmin olunması istiqamətində bundan sonra da uğurlu addımlar atacaqdır

Dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını dəfələrlə vurğulayan cənab Prezidentimiz vətəndaşların yüksək rifahının təmin olunmasını ən vacib hədəflərdən biri kimi qeyd edib. Xatırladaq ki, 2003-cü ildə Prezident seçilərkən cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan xalqı xoşbəxt yaşmağa layiqdir və çalışacağam ki, xalqımız yaxşı yaşasın. Dövlət başçımız ötən müddət ərzində düşmən tapdağı altında olan torpaqlarmızın azad ediməsi üçün həyata keçirdiyi tədbirlər öz bəhrəsini verdi. 44 günlük hərbi əməliyyatlar nəticəsində torpaqlarmız azadlığına qovuşdu. Ermənilərin otuz il ərzində qurduqları istehkamları, 5-6 xətt müdafiə istehkamlarını məhv etdik. Müharibə itkisiz olmur. Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnək olmalıdır, gənc nəsil üçün örnək olmalıdır və olacaqdır.
Xalqımız tam əmindir ki, müstəqil ölkəmiz digər vacib məsələlər kimi şəhid ailələrinin, müharibə əlillərinin ehtiyaclarının təmin olunması istiqamətində bundan sonra da uğurlu addımlar atacaqdır. Çünki müstəqil Azərbaycan dövlətinin başında cənab İlham Əliyev kimi siyasətçi, ölkəmizin milli maraqlarını hər şeydən uca tutan böyük dövlət xadimi, mahir diplomat, Müzəffər Ali Baş Komandan və qüdrətli Sərkərdə dayanır.

Abuzər Xəlilov-Aşağı Seyidlər kənd sakini, ağsaqqal

 

Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul olunub

Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan 44 günlük Vətən müharibəsinin nəticələri artıq regionların inkişaf siyasətində də mühüm yeniliklərin olması ilə müşayiət edilir. İlk olaraq söhbət Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından gedir.
Bilirik ki, azad edilən ərazilər məhz bu iqtisadi rayonların tərkibindədir. İndi bu yerlərin bərpası istiqamətində Azərbaycan dövlət genişmiqyaslı işlər görür. Abşeron rayonunda şəhid ailələrinin üzvləri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanları ilə görüşündə bu məsələyə toxunan Prezidentimiz cənab İlham Əliyev qeyd edib: “Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proqram bir neçə ili əhatə edir və birinci il – 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik”.
Azərbaycanın digər regionlarında olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesinin intensiv inkişaf yoluna qədəm qoyması vacib məslələrdəndir.

Abbas Nağıyev – Dəli Quşçu kənd sakini, ağsaqqal

 

Şəhid ailələri və qazilərə qayğı dövlət siyasətinin əsas prioritetidir

Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən məhz sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir.
Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.
Bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

Dövlətimizin sosial yönümlü siyasəti məmnunluq doğurur

Ötən il Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı, Qarabağ torpağı işğalçılardan təmizləndi. Bununla da ədalət bərpa olundu. Ermənistana layiq olduğu yer göstərildi. Bu parlaq Qələbəni xalqımıza yaşadan isə Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, qətiyyəti, siyasi iradəsi oldu.
Döyüşlər başa çatandan sonra dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və Vətən müharibəsi qəhrəmanlarının sosial dəstəklə, yaralanmış hərbçilərin tibbi-sosial reabilitasiya xidmətləri, müasir protezlərlə təmin olunması qarşıya mühüm vəzifə kimi qoyuldu.
Həmin vaxtdan ötən müddətdə Prezident İlham Əliyevin tapşırığına əsasən qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanıb, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini, məhəbbətini gündən-günə artırıb.
Prezident İlham Əliyevin avqustun 26-da Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bu barədə ətraflı qeyd olunub. Qısa vaxt ərzində bu istiqamətdə çox mühüm tədbirlərin həyata keçirilməsi diqqətə çatdırılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumlarının bu kateqoriyadan olan insanların problemləri ilə daim yaxından maraqlanması, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər gerçəkləşdirməsi xüsusi vurğulanıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərdiyini, bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsidir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır

Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilər bir ay ərzində azad olundu. Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.
Rəsmi İrəvan hərbi cinayətkardır. Dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni faşizminin siması.
Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Tarixi Zəfər: ikili standartlar siyasətinin iflası və ədalətin təntənəsi

Xüsusi vurğulamaq gərəkdir ki, Müzəffər Ali Baş Komandanımız çıxışları zamanı Azərbaycanın qələbəsinin necə möhtəşəm və əzəmətli, əhəmiyyətli olduğunu bir daha diqqətə çatdıraraq “Bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq”,-deyə vurğulayırdı. Həqiqətən də, bu gün dünyanın nüfuzlu ali hərbi məktəblərində və strateji tədqiqat mərkəzlərində öyrənilən İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Çünki bu müharibə Azərbaycan xalqının Qurtuluş savaşı olması ilə yanaşı, ədalətin və iradənin təntənəsi, həmçinin dövlətimizin regionda təhlükəsizliyin təmin olunması üçün haqlı mübarizəsi və strateji qətiyyəti idi. Azərbaycan həm dövlətimizin gücünün, həm də xalqımızın həmrəyliyinin rəmzi olan “Dəmir yumruq” vasitəsilə təkcə işğalçı Ermənistanı məğlubiyyətə uğratmadı, həm də döyüş meydanında erməni faşizminin başını əzdi – belini qırdı, separatizmi məhv etdi, beynəlxalq birliyin bəzi üzvlərinin ikili standartlara əsaslanan siyasətini iflasa uğratdı. Azərbaycan 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdi Bu, bütün təzyiqlərə və ədalətsizliklərə baxmayaraq, bir dövlətin olduqca mürəkkəb beynəlxalq şəraitdə öz hərbi-siyasi qüdrəti vasitəsilə ərazi bütövlüyünü bərpa etməsi, BMT-nin uzun illər ərzində kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etməklə hüququn təntənəsinə və ədalətin öz yerini tapmasına müvəffəq olmasıdır.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki