image-qanunla-reklam
image-210772606_339784747759597_9093209781404049542_n

Əminliklə deyə bilərəm ki,Vüsal Əliyev DMX-i yanında İctimai Şuraya üzv olmağa real namizəddir

image-lady-day-az

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya üzv seçilmək üçün seçki keçiriləcək.

Jurnalist Vüqar Rəhimov Qanunla.Az-a açıqlamasında bildirib ki,elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan ”Sabaha İnam Sosial İnkişaf İctimai Birliyi”-nin sədri Vüsal Əliyevdir. Əminliklə deyə bilərəm ki,Vüsal Əliyev Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya üzv olmağa real namizəddir.

Mən hər kəsi Vüsal Əliyevə səs verməyə dəvət edirəm.

Qeyd edək ki,Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya saat 10:00-dan 16:00-dək keçiriləcək seçki Bakı şəhəri regional miqrasiya idarəsinin inzibati binasında (Bakı şəhəri, Atatürk prospekti 189) reallaşacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki