Azərbaycanda təhsilinin magistratura pilləsində təhsil almağa hazırlaşanlar üçün , xüsusilə də magistraturaya qəbul imtahanlarında yüksək bal toplamaq imkanları demək olar ki, ciddi problemləri də özü ilə bərabər gətirir. Bu problemlərin başında ilk növbədə magistratura təhsilinin ödənişli olmasıdır. Digər bir səbəb isə, maqistraturaya hazırlıq prosesidir ki,bu da hər bakalavra asan başa gəlmir. Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır ,bu pillədə bu fənlər üzrə imtahan keçirilsə də, onların heç biri universitetdə dərs kimi tədris olunmur. Testlərə kamil proqramist səviyyəsində informatika sualları salırlar. Texniki və dəqiq sahələr üzrə imtahan verənlər onu yaxşı cavablandıra bilirlər. Lakin humanitar elmlərdən bakalavr təhsili almış bir abituriyent bu suallara necə cavab verməlidir?Gələcəkdə bu şəxslərin fəaliyyətində məntiq və informatikanın bu qədər dərin öyrənilməsi fayda verməyəcəksə, birinci mərhələdə o fənlər olmamalıdır. Magistr gələcəyin yalnız məntiq və texnologiya alimi yox, elm adamıdır. Onu yalnız ixtisası və xarici dil üzrə yoxlamaq lazımdır.Humanitar elmləri bitirmiş bir bakalavr olaraq,niyə mənim oxuduğum gözəl Azərbaycan dilindən bir sual yoxdur bu imtahanda?! Bu qədər vacibdirmi filoloqa belə “təmtəraqlı” , “yatsaq,yuxumuza gəlməyəcək” dərəcədə çətin və anlamsız-məntiqi dolaşıq suallar?Mən filoloqam,ədəbiyyat oxumuşam,məni sahəmlə imtahan edəsiniz,bəlkə?
Bu, eləcə də ,digər sahələr üzrə təhsil almış bütün gəncliyin səsidir,mən işıqlandırdım;Magistratura dərəcəsi almağımız ali təhsilimizi tamamlamaq imkanı əldə etmək və sektorda öz elmi işlərinizlə adınızdan bəhs etdirməyiniz deməkdir.
Ekspert Gülər Mübariz bununla bağlı Qanunla.az-a bildirib ki, magistraturaya qəbul imtahanına belə şəxslər var və həddindən artıq çoxdur; uzun müddət vaxt ayıraraq hazırlaşmalı olurlar, bu onlara bəzən iş sahəsində də çətinlik törədir.: ” Mən bir dilçi olaraq, magistratura imtahanlarına hazırlaşan gənclərin ilk növbədə özlərini ifadə etmələri üçün işgüzar Azərbaycan dilini mükəmməl olmasa da, ən az 50/60 faiz öyrənmələrini istərdim. Hər bir imtahan onların gələcəyə hazırlanmaları üçün bir sınaqdır. Əlbəttə, digər dillərin öyrənilməsi də vacibdir. Mən hesab edirəm ki, bizim gənclər kommunikasiya sahəsində müəyyən irəliləyişlərə nail olmuş olsalar, onlar digər dillərin öyrənilməsi və real həyatda tədbiqində ciddi problemlər yaşamayacaqlar. Bu təkcə magistratura təhsili almaq istəyən gənclərə şamil olunmamalıdır. Eyni zamanda ali təhsilin bakalavr təbəqəsində təhsil alan gənclər də işgüzar kommunikasiya məsələlərin dərindən öyrənməlidirlər.”.
Gülər Mübariz onu da vurğulayıb ki, bu gün Azərbaycanda həm təhsilin bakalavr, eyni zamanda magistratura pilləsinə hazırlıq prosesləri mövcud olsa da,maddi imkanı olmayan gənclər bu vəziyyət qarşısında məcburən hazırlıq proseslərində iştirak etmirlər: “Ən böyük problem isə imtahanlarda tərtib olunan suallardır ki, elə olur həm bakalavr, eyni zamanda Magistratura təhsilinə hazırlaşmış insanlar, imtahanlarda elə suallarla qarşı-qarşıya qalırlar ki, onun cavabların uzun illərin təcrübəli təhsil adamları belə bilmirlər. Əgər burda məqsəd təhsilin keyfiyyətinin artırılmasından gedirsə, bu tip suallar təhsilin keyfiyyətindən daha çox, təhsil almaq istəyi olan və min bir əziyyətlə aylarla imtahanlara hazırlaşan gənclərin ümidlərini, gələcəyə olan maraqlarını öldürür. Ona görə də ilk növbədə Dövlət İmtahan Mərkəzi imtahanlarda formalaşdırılan sualların seçimində az da olsa bu halları gözardı etməməlidirlər”.