Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları jurnalistləri The Ritz-Carlton otelinin ərazisindən uzaqlaşdırıb.
Qanunla.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Beləliklə, Rusiya və ABŞ nümayəndə heyətləri arasında keçiriləcək görüşün tam qapalı formatda baş tutacağı təsdiqlənib. Görüşün detalları və müzakirə olunacaq məsələlər barədə hələlik rəsmi açıqlama verilməyib.