image-qanunla-reklam
image-e297298f-dfd7-3ada-b2d2-e0b9194ec302_850

Ərdoğan: “ABŞ-ın bundan sonra terror təşkilatlarına dəstək verməyəcəyinə inanıram”

image-lady-day-az

“Suriyadakı terror təşkilatı PKK/PYD-nin Amerikadan dəstək almaları ilə bağlı təəssüfümüzü bildirdik”.

Qanunla.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Cozef Baydenlə görüşü barədə danışarkən deyib.

ABŞ-ın terror təşkilatlarına silah dəstəyi barədə bəhs edən Türkiyə rəhbəri bu problemə son qoyulacağına inamını ifadə edib.

“Bundan sonrakı prosesin belə davam etməyəcəyinə inanıram”, – Türkiyə lideri vurğulayıb.

Ərdoğan Əfqanıstandan yeni miqrasiya dalğasına da toxunub. “Biz tədbirlərimizi görürük və bu nöqtədə qapılarımızı kütləvi miqrasiyaya açmaq niyyətində deyilik”, – Türkiyə Prezidenti bildirib.

Türkiyə rəhbəri Avropa Birliyinin öz ordusunu qurmaqla bağlı müzakirələrin nəticəsinə inanmadığını qeyd edib. “Bu mümkün bir layihə deyil, mümkün deyil”, – Ərdoğan AB ordusunun yaradılacağı barədə suala cavabında deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki