image-qanunla-reklam
image-erdogan

Ərdoğan bu iki ölkə arasında vasitəçilik təklif etdi

image-lady-day-az

Afrikada strateji mövqeyi və əhəmiyyəti olan Efiopiyanın sülhü, əmin-amanlığı və bütövlüyü bizim üçün vacibdir.

Qanunla.Az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Sudan və Efiopiya arasındakı Faşaqa bölgəsində yaşanan münaqişənin həlli üçün vasitəçilik təklif edib:

“Bu mövzunu keçən həftə Ankarada qəbul etdiyim Sudanın Suverenlik Şurasının sədri Əbdülfəttah Burhan ilə də müzakirə etmişdik. Mübahisənin iki ölkə arasında dialoq və yaxşı qonşuluq münasibətləri çərçivəsində həll ediləcəyinə ümid etdiyimi bildirdim. Bu baxımdan, Türkiyə olaraq vasitəçilik də daxil olmaqla, məsələnin sülh yolu həlli üçün hər cür töhfə verməyə hazırıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki